logo

“Kubinka”da saxlanılan 8 narkotacirdən 4-ü qadındır

13:53 25-08-2022 | icon 1288
“Kubinka”da saxlanılan 8 narkotacirdən 4-ü qadındır

Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov(“Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Yasamal Rayon Polis İdarəsi və 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.