logo

Yol polisi sürücülərə 3 gün səbrli olmağı tövsiyyə etdi

13:33 25-08-2022 | icon 1183
Yol polisi sürücülərə 3 gün səbrli olmağı tövsiyyə etdi

Bu gündən Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Baş inspektor bildirib ki, buna səbəb “Azərsu” ASC-yə məxsus 160 metr yararsız su xəttinin yeniləməsidir. Bununla bağlı qeyd olunan yollar avqustun 25-i saat 18:00-dan avqustun 27-i saat 08:00-dək bağlı olacaq. Həmin müddətdə Tbilisi prospektindən hərəkət yalnız Şəfayət Mehdiyev küçəsi istiqamətinə mümkün olacaq.

Yol polisi sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edib.