logo

TRACECA dəhlizindən 19,6 milyon tondan çox yük daşınıb

12:12 27-07-2022 | icon 1274
TRACECA dəhlizindən 19,6 milyon tondan çox yük daşınıb

Cari ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19 milyon 622,5 min ton, yük dövriyyəsi isə 4 milyard 804,9 milyon ton-kilometr olub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, yüklərin 10 milyon 716,5 min tonu və ya 54,6 faizi avtomobil nəqliyyatı, 6 milyon 408,3 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 497,7 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 26,3 faizini və ya 5 milyon 160 min tonunu tranzit yüklər təşkil edib.