Avqustun 1-dən Tatarıstanın paytaxtı Kazan şəhərindən Bakıya yeni aviareys açılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın “İrAero” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, uçuşlar bazar ertəsi həyata keçiriləcək. Azərbaycanın paytaxtından uçuş yerli vaxtla saat 12:20-də, Kazana eniş isə saat 14:00-da nəzərdə tutulub. Tatarıstan paytaxtından isə yola düşmə saat 15:00-da, Bakıya çatma isə 18:40-da olacaq.