logo

Sabah  “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibləri bəlli olacaq

09:33 25-08-2022 | icon 2856
Sabah  “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibləri bəlli olacaq

Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı ikinci səbətdə yer alacaq.

YeniAvropa xəbər verir ki, buna Türkiyənin “Trabzonspor” və Norveçin “Budö Qlimt” klublarının UEFA Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.

UEFA reytinqində Ağdam təmsilçisindən geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun ikinci səbətdəki yerini dəqiqləşdirib.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.