logo

Boris Conson Ukraynaya səfər edib

18:08 24-08-2022 | icon 2387
Boris Conson Ukraynaya səfər edib

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna paytaxtına səfər edib.

YeniAvropa "UNIAN" agentliyinə istinadla xəbər verir ki, o, Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşüb.

Bildirilib ki, səfərin məqsədi Ukraynaın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən tədbirdə iştirak etməkdir.

Conson Zelenski ilə görüş zamanı yeni yardım paketini açıqlayıb. O bildirib ki, paketə 850 mikrodron daxildir.

Qeyd edək ki, B.Conson iyulun 7-də Böyük Britaniyanın baş naziri postundan istefa verib. O, payızadək-növbəti seçkilərədək bu vəzifəni icra edəcək.