logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 862 min nəfərə çatır

17:37 24-08-2022 | icon 2975
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 862 min nəfərə çatır

Avqustun 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1453 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 249, ikinci doza vaksinlərin sayı 200, üç və daha çox doza vaksinlərin sayı 864, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 140-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 851 min 752, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 372 min 251, ikinci mərhələ üzrə 4 milyon 861 min 680, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 359 min 441, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 min 380-dir.