logo

Azərbaycanda daha 653 nəfər koronavirusa yoluxub

17:17 24-08-2022 | icon 3066
Azərbaycanda daha 653 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 653 yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 809 min 988 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 796 min 632 nəfər müalicə olunaraq sağalıb, 9 min 795 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 561 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 379, bu günə qədər isə ümumilikdə 7 milyon 131 min 537 test icra olunub.