logo

Bakıda BMW və “Chevrolet” toqquşdu: Ölən və yaralı var

16:36 24-08-2022 | icon 9716
Bakıda BMW və “Chevrolet” toqquşdu: Ölən və yaralı var

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirilib. Qeyd edilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW"  və “Chevrolet” markalı iki minik avtomobili toqquşması nəticəsində  2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.