logo

Ağcabədidə Dairə Seçki komissiyasının üzvü həbs edilib

16:13 26-07-2022 | icon 623
Ağcabədidə Dairə Seçki komissiyasının üzvü həbs edilib

82 saylı Ağcabədi Dairə Seçki komissiyasının həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında qurumun üzvü Mikayıl Rəhimov məlumat verib. 

Onun sözlərinə görə, A.Quliyev bu il mayın 31-də həbs edilib.

Bu səbəbdən də, qanunvericiliyə əsasən, Aydın Quliyev komissiya üzvlüyündən çıxarılıb.