logo

AZAL Hindistan paytaxtına aviareyslərə başlayır

15:35 26-07-2022 | icon 1274
AZAL Hindistan paytaxtına aviareyslərə başlayır

Avqustun 9-dan "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Hindistanın paytaxtı Yeni Dehli(New Delhi) şəhərinə uçuşlara başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə iki ölkənin turizm imkanlarına həsr edilmiş B2B görüşündə bildirilib.

Bildirilib ki, Azərbaycan paytaxtından Yeni Dehliyə aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Bundan əlavə iki ölkə arasında  Hindistan iqtisadi mərkəzi olan Mumbay şəhərinə də birbaşa aviareysinin açılması ilə bağlı danışıqlar aparılır.