Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasına səfər edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, səfərin avqustun 5-də Soçi şəhərində baş tutacağı bildirilir.
Bir gün davam edəcək səfər çərçivəsində Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə görüşü planlaşdırılır.