logo

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

11:01 26-07-2022 | icon 742
Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə bir qrup diaspor nümayəndəsi iyulun 26-da Şuşaya səfər edib.

Komitədən YeniAvropa-ya bildirilib ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” layihəsi çərçivəsində beşinci dəfədir həyata keçirilən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir.

Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış Güllələnmiş heykəllərin nümayiş olunduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edəcək, postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (iyulun 27-də, avqustun 17-də, oktyabrın 9-da və dekabrın 2-də) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib.