logo

Ermənistanla yaxınlaşmanı Azərbaycanla birlikdə inkişaf etdiririk-Ərdoğan

22:14 25-07-2022 | icon 728
Ermənistanla yaxınlaşmanı Azərbaycanla birlikdə inkişaf etdiririk-Ərdoğan

Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı apardıq və təbii ki, normallaşma prosesini də müzakirə etdik. Əvvəldən bizim kəskin mövqeyimiz Azərbaycanla bağlı olub. İndi ritorikadan kənar konkret addımlar gözləyirik.

YeniAvropa xəbər verir ki, bunu “TRT Haber” telekanalının canlı yayımında qonağı olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə dair sualları cavablandırarkən deyib.

“Biz tam normallaşmanı hədəfləyirik. Hazırda Türkiyədə 100 mindən çox erməni yaşayır. Biz Azərbaycanla birlikdə Ermənistanla olan yaxınlaşmanı inkişaf etdiririk”,-deyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.