Dövlət Sərhəd Xidmətinin 7 hərbi qulluqçusu həbs edilib
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Keçirilmiş çoxsaylı istintaq hərəkətləri ilə müəyyən edilib ki, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək mülki şəxs Hikmət Xəlili və qeyriləri ilə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər.
Cinayətkar niyyətin həyata keçirilməsi üçün qrupun İranın ərazisində olan üzvləri dövriyyəsi qadağan edilən həmin vasitələri əldə edərək 2022-ci ilin iyul ayında Cəbrayıl rayonunun Mehdili kəndi ərazisindən respublikamızın dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən və dövlət gömrük nəzarətindən kənarda keçirməklə gizlətmişlər.
Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılıb.
Onlardan 94,3 kq narkotik vasitələr (87,7 kq marixuana, 7,6 kq heroin, “metadon-40” 198 konvalyut hər birində 10 ədəd olmaqla 1980 həb), psixotrop maddə (400 qram metamfetamin) və güclü təsir edən maddə (“preqobalin-150” 831 konvalyut hər birində 15 ədəd olmaqla 12465 həb) aşkar edilərək götürülüb.
Toplanmış sübutların məcmusuna əsasən adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, aparılmış istintaq hərəkətləri ilə qabaqcadan əlbir olmuş həmin cinayətkar qrupun digər üzvü - mülki şəxs Bəşir Quliyevin cinayət əməlləri ifşa edilməklə o, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan edilib.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər