logo

Qəbələdə dağlıq ərazidə meşə yanğınları davam edir

17:17 23-08-2022 | icon 1456
Qəbələdə dağlıq ərazidə meşə yanğınları davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki,, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.