logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 372 min nəfəri ötüb

16:56 23-08-2022 | icon 3066
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 372 min nəfəri ötüb

Avqustun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1732 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 319, ikinci doza vaksinlərin sayı 337, üç və daha çox doza vaksinlərin sayı 886, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 190-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 850 min 299, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 372 min 2, ikinci mərhələ üzrə 4 milyon 861 min 480, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 358 min 577, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 min 240-dır.