logo

Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Gürcüstanda səfərdədir

14:54 23-08-2022 | icon 1603
Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 23-də Gürcüstana səfərə gəlib. 

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlimat verilib.

Bildirilib ki, birgünlük səfər çərçivəsində nazir Tbilisidə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.