Polşa Ukraynaya hərbi yardım çərçivəsində “PT-91 Twardy” tankları göndərib.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezident Ofisinin rəhbəri Andrey Yermak "Teleqram" səhifəsində yazıb.
"Polşadan olan “PT-91 Twardy” tankları artıq Ukraynadadır. Dostlarımıza təşəkkürlər edirik", - deyə A.Yermak əlavə edib.
Tankların sayı barədə əlavə məlumat verilməyib.