logo

İranda güclü yağışlar 21 nəfərin ölümünə səbəb olub

09:09 25-07-2022 | icon 924
İranda güclü yağışlar 21 nəfərin ölümünə səbəb olub

Aramsız yağan yağışlar İranın Fars əyalətində selə səbəb olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, güclü sel 21 nəfərin ölümünə səbəb olub, 2 nəfər isə itkin düşüb. Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam edir. Hadisə yerinə İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları gəlib. Onlar təbii fəlakətdən zərər çəkən insanlara yardım edirlər. Hökumət xilasediciləri lazım olan texnika ilə təmin edib.

Hökumət üzvlərindən ibarət işçi qrupu əyalətə dəyən ziyanı müəyyən edir.

İtkin düşənlərin axtarışı davam edir.