logo

Bakıda anasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

10:30 23-08-2022 | icon 1386
Bakıda anasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadənin ibtidai istintaqı başa çatıb.

YeniAvropa xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib.

Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.