Dünyadakı ərzaq böhranında Rusiya günahkardır-Şarl Mişel
Dünyadakı ərzaq böhranında Rusiya təqsirkardır.
YeniAvropa xəbər verir ki, bu fikri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.
"Bir neçə dəqiqə əvvəl Ukraynanın Baş naziri ilə telefonla danışdıq. Bir neçə saat əvvəl atılmış Rusiya raketləri Odessaya və Ukraynanın bloklanmış limanlarında olan milyonlarla ton taxılına yönəldilib. Bu, həqiqətən də dünyada milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradır.
Afrikadan yenicə qayıtdım, Afrika ölkələrinin rəhbərləri ilə görüşmək imkanım oldu, bilirlər ki, vəziyyət onlar üçün çox ağırdır və gələcəkdə daha da çətinləşə bilər. Biz aydın şəkildə başa düşməliyik ki, bu böhranda Rusiya günahkardır”, - deyə Ş.Mişel vurğulayıb.
O, Rusiya Federasiyasına qarşı sanksiyaların bu səbəbdən qalacağını vurğulayıb. Mişel əlavə edib ki, Aİ taxıl və digər malların ixracı üçün Qara dənizin açılması qərarını alqışlayır.
Mişelin sözlərinə görə, Avropa Şurası Ukraynada hərbi cinayətlərdə iştirak edənləri məsuliyyətə cəlb edəcək.
"Biz hərbi cinayətlər törədənlərin hamısını məsuliyyətə cəlb edəcəyik. Sübutların qorunub saxlanması yaxşı haldır, çünki cəzasızlıq olmamalıdır. Biz Ukrayna və Avropa hakimiyyət orqanlarının istintaq proseslərini tam dəstəkləyirik və Rusiyanın hərbi əsirlərə qarşı mənfi münasibətini pisləyirik", - o deyib.
Mişel onu da vurğulayıb ki, Avropa İttifaqı Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı və onun xalqını nə qədər lazımdırsa dəstəkləyəcək.
"Ukraynalılar, siz tək deyilsiniz. Biz nə qədər lazımdırsa, sizinlə çiyin-çiyinə dayanırıq, çünki heç vaxt dünyada hökm sürən qəddar qüvvə ilə razılaşmayacağıq. Siz ölkəni bərpa edəcəksiniz. Ukrayna Aİ ilə birlikdə daha da güclənəcək, daha çox firavan və azad olacaq", - Mişel əlavə edib.
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər
Azərbaycanda əhalinin sayı 10 milyon 185 min nəfəri ötüb
İran-Azərbaycan sərhəddində atışma: Yaralanan var
Bu il Azərbaycanda 61 mindən artıq uşaq doğulub
Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib
Azərbaycan nefti 99,76 dollara satılır