logo

Rusiya Ukraynanın Odessa limanını raket atəşinə tutub

13:53 23-07-2022 | icon 1183
Rusiya Ukraynanın Odessa limanını raket atəşinə tutub

İyulun 23-də səhər Ukraynanın Odessa şəhəri “Kalibr” tipli qanadlı raketlərlə hücuma məruz qalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,   “Cənub” Operativ Komandanlığının yaydığı məlumata görə, raketlər Odessa Dəniz Ticarət Limanına atılıb.

İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman ərazisinə düşüb. Nəticədə limanın ərazisində dağıntılar qeydə alınıb.