logo

Daha 10 zəngilanlı ailə doğma yurduna dönüb

12:52 23-07-2022 | icon 854
Daha 10 zəngilanlı ailə doğma yurduna dönüb

İyulun 23-də Zəngilan rayonunun Ağalı kəndinə yola düşən daha 10 ailə öz doğma yurduna çatıb.

YeniAvropa xəbər verir ki, sevinc və qürur hissləri ilə Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb və onların xoş təəssüratları dinləyib.

Doğma torpağa dönən zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra burada tikinti-quruculuq işləri geniş vüsət alıb. Nəticədə ötən dövr ərzində Ağalı kəndində lazımi infrastruktur yaradılıb. Kənd hazırda doğma sakinlərinə qucaq açıb. Bu böyük dönüşlə nəinki Şərqi Zəngəzurda, o cümlədən Zəngilanda həyat öz axarına qayıdır.