logo

Kərbəlada ziyarətçinin olduğu türbə çökdü: Dağıntılar altında qalanlar var

17:57 22-08-2022 | icon 2387
Kərbəlada ziyarətçinin olduğu türbə çökdü: Dağıntılar altında qalanlar var

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb.

İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntılar altından çıxarılıb. Xilas edilənlərin üçü uşaqdır.

Ziyarətçilərin olduğu ərazidə çökmə baş verdiyindən dağıntılar altında çoxlu adamın olduğu təxmin edilir və xilasetmə işləri davam edir.

Xilasetmə işləri zamanı hansısa səhvin yeni çöküntülərə səbəb ola biləcəyi istisna edilmir.