Paytaxtın Yasamal rayonunda mənzildə meyit aşkar olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirilib. 

Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.