logo

Astarada “Mercedes” körpüdən aşdı,sürücü çayda boğuldu

09:09 23-07-2022 | icon 4102
Astarada “Mercedes” körpüdən aşdı,sürücü çayda boğuldu

Astarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən çaya aşırıb və nəticədə suda boğularaq ölüb.

Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.