logo

Rusiya daha 5 dövləti "düşmən" siyahısına daxil etdi

15:35 22-07-2022 | icon 1176
Rusiya daha 5 dövləti "düşmən" siyahısına daxil etdi

Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya Rusiyaya dost olmayan ölkələr siyahısına əlavə edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Rusiya xaricdəki diplomatik və konsulluq qurumlarına qarşı qeyri-dost münasibət sərgiləyən dövlətlərin siyahısını aktuallaşdırıb. İndi Yunanıstan Rusiya ərazində yalnız 34, Danimarka 20, Sloveniya isə 16 şəxslə diplomatik nümayəndəliklərində çalışmaq üçün müqavilə bağlaya bilər. Sloveniya və Xorvatiya isə ümumiyyətlə Rusiya ərazisində hər hansı şəxsi öz diplomatik nümayəndəliyinə işə götürə bilməz. Rusiya hökumətinin mətbuat xidməti dost olmayan ölkələrin siyahısının genişləndiriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiya mart ayında dost olmayan ölkələrin siyahısını tərtib edib. Siyahıya Avropa İttifaqı dövlətləri və daha 21 ölkə daxildir.