logo

Sabah Bakıda şimal küləyi əsəcək, 33° isti olacaq

13:13 22-07-2022 | icon 812
Sabah Bakıda şimal küləyi əsəcək, 33° isti olacaq

Azərbaycanda iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.