logo

Bolqarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb

12:12 22-07-2022 | icon 889
Bolqarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb

Bolqarıstan Respublikasının baş naziri Kiril Petkovun Azərbaycana səfəri iyulun 22-də başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kiril Petkovu baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Xatırladaq ki, Bolqarıstan Respublikasının baş naziri Kiril Petkov ötən gün Azərbaycana səfərə gəlib. Səfər şərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirib.