logo

Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşaya səfəri başlayıb

09:29 22-07-2022 | icon 588
Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşaya səfəri başlayıb

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Beynəlxalq Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər də var.

Qeyd edək ki, onlar iyulun 22-də Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq forumda iştirak edəcəklər.