Prezident İlham Əliyev iyulun 21-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) prezidentinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilsin".
Prezident İlham Əliyevin bu gün imzaladığı digər bir sərəncamla Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.
Xatırladaq ki, prezident İlham Əliyev fevralın 10-da Rövnəq Abdullayevi SOCAR-ın prezidenti vəzifəsindən azad edib. Prezidentin həmin gün imzaladığı digər bir sərəncamla o, iqtisadiyyat nazirinin müavini təyin edilib.
Həmçinin , prezidentin imzaladığı digər bir sərəncamla Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilsin.
Habelə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.