logo

Bakıda marşrut avtobus yanıb

14:54 21-07-2022 | icon 3836
Bakıda marşrut avtobus yanıb

Bu gün saat 12:00 radələrində Bakıda Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  BNA məlumat yayıb.

"Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb", - deyə məlumatda bildirilib.