logo

Bakıda Zabit Səmədovun vida döyüş gecəsi keçiriləcək

23:13 20-08-2022 | icon 2128
Bakıda Zabit Səmədovun vida döyüş gecəsi keçiriləcək

Sentyabrın 10-da Milli Gimnastika Arenasında azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsi keçiriləcək.

 YeniAvropa xəbər verir ki, gecənin proqramı zəngindir.Belə ki, bir çox tanınmış idmançılar qarşı-qarşıya gələcək.

Ukrayna vətəndaşlığı olan Azərbaycan əsilli kikboksçu Alim Nəbiyev də Qarışıq Döyüş Çempionatı(Mix Fight Championship) turnirində döyüşəcək. "Professor" ləqəbli idmançının rəqibi Rumıniyadan olan Andrey Ostrovanu olacaq.

Bundan əlavə, 65 kq çəki dərəcəsində keçiriləcək döyüşdə Nikita Kostermann (Niderland) Polina Laminskaya(Belarus) ilə üz-üzə gələcək. 

72,5 kq çəki dərəcəsində keçiriləcək döyüşdə Seyfulla Xambaxadov (Rusiya) kosovo əsilli Almaniya idmançısı Besmir Helşani isə təsnifat döyüşündə çıxış edəcək.

4 nəfərlik təsnifat turniri. Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)

4 nəfərlik təsnifat turniri. Ruslan Nağıyev (Azərbaycan) – Dmitri Filonçik (Belarus)

72,5 kq. Seyfulla Xambaxadov (Rusiya) – Stoyan Koprivlenski (Bolqarıstan)

77 kq. Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovanu (Rumıniya)

+100 kq. Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)

Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)