logo

Əməkdar artistin ölkədən çıxışına qadağa qoyulub

12:21 21-07-2022 | icon 4704
Əməkdar artistin ölkədən çıxışına qadağa qoyulub

Mədəniyyət Nazirliyi Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə bağlı araşdırmalara başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, E.Rəfiyevin dövlətə 150 min manatdan çox vergi borcunun olması və bu səbəbdən ölkədən çıxışına qadağa qoyulması məsələsi araşdırılır.

Xatırladaq ki, teatrın direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə məhkəmə qərar çıxarıb. Səbəb isə teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması göstərilib.