Şamaxıda bədbəxt hadisə baş verib, göldə çimən üç nəfərdən ikisi ölüb.
YeniAvropa xəbər verir ki, hadisə ötən axşam saat 20:00 radələrində rayonun Qızmeydan kəndi ərazisindəki süni göldə baş verib.
Belə ki, Əngəxaran kənd sakinləri 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov, həmyaşıdı Fərid Rəcəbov və 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev göldə çimərkən boğulublar.
Faktla bağlı Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.