logo

İtaliyanın baş naziri istefa verib

12:02 21-07-2022 | icon 1190
İtaliyanın baş naziri istefa verib

İtaliyanın baş naziri Mario Draqi öz vəzifəsindən istefa verdiyini elan edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, M.Draqi bu qərarı koalisiya tərəfdaşları olan “5 Ulduz Hərəkatı”, “İrəli İtaliya” və “Lega” partiyalarının üzvlərinin iyulun 20-də İtaliya Senatında hökumətlə bağlı keçirilən etimad səsverməsində iştirak etməməsindən sonra qəbul edib.

Baş nazirin istefa ərizəsini İtaliya prezidenti Sercio Mattarellaya təqdim etməsi gözlənilir.

Xatırladaq ki, Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulub. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləyib.