logo

Araza düşən azyaşlıları xlas etməyə çalışan əmi və qardaşoğlu boğulub

12:30 20-08-2022 | icon 1806
Araza düşən azyaşlıları xlas etməyə çalışan əmi və qardaşoğlu boğulub

Avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, araşdırmalarla Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində birlikdə balıq ovu edən zaman Sübhan və Əkrəmin sonuncunun suya düşən azyaşlı iki uşağı xilas edərkən özləri suda boğularaq öldüyü müəyyən edilib.

Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.