“Azərsu” tərəfindən mülki müdafiə məşqi keçirilib
“Azərsu” ASC-nin 2022-ci il üçün Mülki müdafiə (MM) tədbirlər planına əsasən “Gəncə Sukanal” TSC-nin su anbarı ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.
ASC-dən YeniAvropa-ya bildirilib ki, “Azərsu”nun Mülki müdafiə qərargahının rəisinin rəhbərliyi ilə keçirilən təlimə “Gəncə Sukanal” TSC-nin rəhbər heyəti, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti daxil olmaqla ümumilikdə 60-dək işçi cəlb olunub.
Obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd iştirakçılardan hər birinə fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, həmçinin fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığının və MM dəstələrinin qarşılıqlı surətdə fəaliyyət göstərməsinin təkmilləşdirilməsidir.
Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və mühafizə vasitələri ilə təchiz olunub. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılıb, imitasiya yerləri (dağıntı, su kəmərlərində qəza, zəhərlənmə, yanğın və sair) hazırlanıb. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi, tibbi və yanğından mühafizə vasitələrinin paylanması, xilasetmə işlərinin aparılması kimi tədbirlərə hazırlıq vəziyyəti də yoxlanılıb.
Məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin xilas edilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetiriblər.
Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə lazımi müvafiq tövsiyələr verilib.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər