logo

Tehranda Putin-Ərdoğan görüşü baş tutub

20:20 19-07-2022 | icon 2331
Tehranda Putin-Ərdoğan görüşü baş tutub

Tehranda səfərdə olan Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  görüşdə Moskva ilə Ankara arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə yanaşı, Suriya və Ukraynada cərəyan edən proseslər də müzakirə mövzusu olub.

İki lider İstanbulda Qara dəniz vasitəsilə Ukrayna taxılının ixrac olunması üçün koordinasiya mərkəzinin yaradılması məsələsinə diqqət ayırıblar.

Nəzərə çatdırmaq lazımdır ki, bir sıra beynəlxalq məsələyə dair münasibətdə Moskva ilə Ankara arasında kəskin ziddiyyətlər var. Lakin hər iki dövlətin başçısı siyasi iradə nümayiş etdirərək dialoq yolunu seçiblər. Tehranda keçirilən görüşlərin nəticəsi regionda və dünyada baş verən münaqişələrə böyük təsir göstərəcək.

Hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələri Tehranda keçirilən İran, Rusiya və Türkiyə prezidentlərinin görüşünü diqqətlə izləyirlər.