logo

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır -Ceyhun Bayramov

19:19 19-07-2022 | icon 1694
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır -Ceyhun Bayramov

Avropa İttifaqı 700-dən çox şirkət ilə ölkəmizdə ən böyük investordur.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə mətbuata birgə bəyanatında söyləyib.

“COVID-19 pandemiyasına baxmayaraq, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. İnvestisiyaların həcmi on milyardlarla dolları ötür. Bizim enerji sahəsindəki əməkdaşlığımız dünən Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanmış yeni Anlaşma Memorandumu ilə daha da gücləndirildi. Biz strateji əməkdaşlığımızı Avropada ən böyük enerji və infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi ilə inkişaf etdiririk”, - deyə nazir qeyd edib.