logo

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir

17:13 19-07-2022 | icon 1680
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.

YeniAvropa xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edir.

Bildirilib ki, Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.

Eyni zamanda Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.

file.-++2