logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 362 min nəfəri ötüb

16:36 19-07-2022 | icon 3605
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 362 min nəfəri ötüb

İyulun 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2342 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 527, ikinci doza vaksinlərin sayı 175, üç və daha çox doza vaksinlərin sayı 1382, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 793 min 947, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 362 min 122, ikinci mərhələ üzrə 4 milyon 856 min 356, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 323 min 740, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 251 min 729-dur.