logo

Yasamalda gənc ana iki qızı ilə özünü 5-ci mərtəbədən atıb

12:52 19-07-2022 | icon 735
Yasamalda gənc ana iki qızı ilə özünü 5-ci mərtəbədən atıb

Bakıda 25 yaşlı gənc ana iki qızı ilə birgə özünün binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.Qeyd edilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd olunub ki, hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı  2018-ci il təvəllüdlü Abbasova Sofiya və 2019-cu il təvəllüdlü Abbasova Sara ilə birgə özünü binanın beşinci mərtəbəsindən atıb. Nəticədə uşaqlardan biri hadisə yerində keçinib, ana və digər övladı isə xəstəxanaya yerləşdirilib.