logo

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfərə gedir

12:32 19-07-2022 | icon 2303
Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın dəvəti ilə iyulun 21-də Gürcüstan Respublikasına səfərə gedəcək.

YeniAvropa xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

QMİ sədri şeyxülislam Allahşükür Paşazadə səfəri çərçivəsində Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə görüşəcək, dinlərarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivlərini müzakirə edəcəkdir.

Səfər müddətində QMİ sədri A.Paşazadənin Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.

İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcəkdir