logo

Ərdoğan FHN-in amfibiya təyyarəsinin ekipajı ilə görüşüb

15:51 24-06-2022 | icon 1736
Ərdoğan FHN-in amfibiya təyyarəsinin ekipajı ilə görüşüb

Xəbər verdiyimiz kimi Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, iyunun 24-də Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin heyət üzvləri ilə görüşüb, təşəkkürünü bildirib.