logo

Azərbaycanın təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizəyə başlayıb

10:40 24-06-2022 | icon 7322
Azərbaycanın təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizəyə başlayıb

Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərildiyi barədə xəbər vermişdik.

FHN-dən YeniAvropa-ya bildirilib ki, bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.