logo

Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu aldı,Gürcüstan isə...

21:41 23-06-2022 | icon 1211
Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu aldı,Gürcüstan isə...

Avropa İttifaqı(Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib.

YeniAvropa xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel özünün "Twitter" hesabında məlumat paylaşıb.

O, Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Mayya Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

Ş.Mişel qeyd edib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək: “Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.