logo

Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisi keçiriləcək

17:47 23-06-2022 | icon 3290
Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisi keçiriləcək

Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisi keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Qeyd olunub ki, onlar Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüblər.

Görüşdə növbəti aylarda Bakıda təşkil olunması nəzərdə tutulan Türkiyə- Azərbaycan səhiyyə-biznes forumu və sərgisi ilə bağlı müzakirələr aparılıb.