logo

Ukraynada daha bir Rusiya meyilli siyasi partiyanın fəaliyyətinə xitam verilib

17:27 23-06-2022 | icon 1274
Ukraynada daha bir Rusiya meyilli siyasi partiyanın fəaliyyətinə xitam verilib

Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə xitam verilib.

YeniAvropa xəbər verir ki, 8-ci İnzibati Apellyasiya Məhkəməsi Ukraynada “Tərəqqi Sosialist” partiyasının fəaliyyətini qadağan edib.

Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək. Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.

Qeyd edək ki, bundan öncə 8-ci İnzibati Məhkəməsi 10 siyasi partiyanın fəaliyyətini qadağan edib.

Məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” bloku, “Derjava”, “Ədalət və İnkişaf” və “Müxalifət platforması - Həyat uğrunda” partiyalarının fəaliyyəti qadağan olunub.